Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 430 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 83, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.









