RU
Azərbaycanda koronavirusla bağlı statistika: yoluxanların çoxu qadındır
17:22
343

Azərbaycanda koronavirusla bağlı statistika: yoluxanların çoxu qadındır

"Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6sı süni nəfəs aparatına qoşulub".

7News.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.

R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:

"Bu günə qədər 75 337 test edilib. Ölüm sayı 13-dür. Bu günə ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".
 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ