RU
Azərbaycanda maşın körpüdən aşdı, sürücü hadisə yerindən qaçdı - FOTO
14:20
292

Azərbaycanda maşın körpüdən aşdı, sürücü hadisə yerindən qaçdı - FOTO

Xaçmaz-Xudat avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Report-un verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-BR-872 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobil körpüdən aşıb.


Şahidlərinin sözlərinə görə, hadisəyə yüksək sürət həddi səbəb olub. Sürücü avtomobili qəza yerində qoyaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.
 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ