RU
Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı
17:30
625

Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı məlum olub.

Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 12 nəfər əməkdaşı COVID-19-a yoluxub.

"Onlardan altı nəfər artıq sağalıb. Altı əməkdaşımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir müddət əvvəl nazirliyin səkkiz əməkdaşında koronavirus aşkarlanmışdı.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ