RU
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
13:00
6953

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin polkovnik-leytenantı İsmayılov Sadiq Ziyad oğlu dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, polkovnik-leytenant qəfildən həyata gözlərini yumub.

Sadiq İsmayılov uzun müddət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl, Samux, Ağstafa və Goranboy rayon şöbələrində bölmə rəisi, Ağdaş və Balakən rayonlarında hərbi komissar kimi məsul vəzifələrdə xidmət edib.

Bir çox fəxri diplomlarla və medallarla təltif olunub.

Allah rəhmət eləsin!

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ