Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə icra şöbəsinin rəisi işdən çıxarılıb.
7News.Az-ın məlumatına görə, ədliyyə polkovniki, baş ədliyyə müşaviri Məmmədov Mübariz Budaq oğlu tutduğu vəzifədən azad edilib.
O, Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.








