"Azərbaycanda qadının həyatı təhlükədədir”.
Bu barədə "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə, qadın uzun müddət əri tərəfindən zorakılığa məruz qalıb:
"Qadının bildirdiyinə görə, həyat yoldaşı içki aludəçisidir. Xanım əri dəfələrlə onu döyüb, təhqir edib. O, ərinin onu öldürəcəyini və həyatının təhlükədə olduğundan qorxduğu üçün evdən qaçıb. Qadının üç qızı, bir oğlu var. Hazırda oğlu hərbi xidmətdədir”.
M.Zeynalova qeyd edib ki, onun tək istəyi övladlarına qovuşmaqdır.
7NEWS.Az








