Ağstafa rayonunda kafelərdən birində baş verən dava zamanı iki qardaş bıçaqlanıb. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənddə yerləşən kafelərin birində düşən mübahisə zəminində, Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.














