RU
Azərbaycanda saxta COVID-19 pasportu satan tibb bacısı saxlanıldı
16:10
580

Azərbaycanda saxta COVID-19 pasportu satan tibb bacısı saxlanıldı

Tovuz Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.

Araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ