Azərbaycanda tanınmış bloqer Günay Mehdiyeva ağır qəza keçirib.
Bu barədə o özü sosial şəbəkə hesabında video yayıb.
Aktrisa kimi də fəaliyyət göstərən qalmaqallı bloqer "Nissan" markalı avtomobili ilə qəza törədib.
Bloqer qəza nəticəsində yüngül bədən xəsarətləri alıb. Hazırda o xəstəxanadadır.
Qeyd edək ki, bloqer bir müddət əvvəl ərinə xəyanət qalmaqalı ilə bütün diqqətləri öz üzərinə çəkmişdi. O, ərinin onu şantaj etdiyini iddia edirdi./Milli.Az








