"Dünyada hələ də 138 milyon uşaq əmək fəaliyyətinə cəlb olunur”
Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O qeyd edib ki, bir sıra Afrika və Asiya ölkələrində bu göstərici 20-30 faizə çatdığı halda, inkişaf etmiş Avropa ölkələrində 1 faizdən də aşağıdır. Uşaq əməyinin istismarı üzrə orta göstərici isə 8 faizdir. UNICEF-in məlumat bazasında Azərbaycan üzrə son mövcud beynəlxalq qiymətləndirmədə isə göstəricinin qlobal orta səviyyədən xeyli aşağı olduğu qeyd edilir”.
İqtisadçı bildirib ki, Azərbaycanda uşaq əməyinin istismarı halları əhəmiyyətli dərəcədə azalıb:
"Müşahidələr də göstərir ki, son illərdə Azərbaycanda uşaq əməyinin istismarı halları əhəmiyyətli dərəcədə azalıb. Əmək münasibətlərinin rəsmiləşdirilməsi, nəzarətin və şəffaflığın güclənməsi bu prosesə müsbət təsir göstərib.
Arzu edərdim ki, bu göstərici gələcəkdə daha da azalsın. Çünki uşağın yeri əmək bazarında deyil, təhsil müəssisəsində, ailəsinin yanında və arzularının arxasınca getdiyi yoldadır”.








