Fransa Hərbi Dəniz Qüvvələri Britaniya və digər tərəfdaşların dəstəyi ilə Atlantik okeanında Rusiyadan gələn və sanksiyalar altında olan neft tankerini saxlayıb.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron "X”-də bildirib.
"Dünən səhər Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalara məruz qalan, Rusiyadan gələn daha bir neft tankerini saxladı. Əməliyyat Atlantik okeanında, açıq dənizdə, bir sıra tərəfdaşların, o cümlədən Böyük Britaniyanın dəstəyi ilə və dəniz hüququna tam uyğun şəkildə həyata keçirilib”, - Fransa lideri qeyd edib.
Söhbət "Tagor” adlı neft tankerindən gedir.
"VesselFinder” monitorinq xidmətinin məlumatına görə, tanker Madaqaskar bayrağı altında üzür.
Məlumata əsasən, gəmi sonuncu dəfə may ayının əvvəlində Rusiyanın Murmansk limanına daxil olub.








