RU
 Azərbaycanda xeyirxah bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir - VİDEO
16:25
753

Azərbaycanda xeyirxah bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir - VİDEO

Sumqayıtda şəhid və imkansız ailələrə xidmət pulsuzdur.

7News.az ARB 24-ə istinadla xəbər verir ki, şəhərin 25 yaşlı bərbəri Vüsal Abdulhüseynov şəhid ailələrinə yardım məqsədi ilə humanitar kampaniyaya start verib.

Vüsal Abdulhüseynov (bərbər): "Şəhid və kimsəsiz ailələrə pulsuz yardım göstərmək istədim. Onlara kömək məqsədilə bu cür yola əl atdım. Şəhid ailələrinə diqqət önəmlidir. Onlara borcumu bu yolla ödəməyə çalışıram". 

Xeyirxah bərbər deyir ki, bəzi insanlar bundan sui-istifadə edirlər. Amma buna baxmayaraq o, xeyirxah əməlini davam etməkdə israrlıdır. Şəhər sakinləri onun bu əməlini təqdirəlayiq adlandırır və rəğbətlə qarşılayırlar. 

25 yaşlı saç ustası bu əməlindən böyük şərəf duyduğunu və hər zaman sevə-sevə davam etdirəcəyini deyir.

 
 

7News.az

Azərbaycanda xeyirxax bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ