7News.Az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,5 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,1, Abşeron rayonunda 12,5, Gəncə-Qazax bölgəsində 7,9, Quba-Xaçmazda 3,4, Lənkəranda 3,3, Şəki-Zaqatalada 3,2, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,3, Naxçıvan Muxtar Respublikasında 0,03 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.
7News.Az








