Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib.
7News.az xəbər verir ki, dünən səhərdən bu gün səhərədək respublikada ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirənlərdən başqa daha 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ölümlə nəticələnən qəzalardan ikisi Bakıda, digər ikisi isə Şəki və İmişli rayonlarında qeydə alınıb.