Bu gün səhər sübhdən Salyan şəhərinin 17 nəfər sakinini Gəncə şəhərində yerləşən "İmamzadə" ziyarətgahəna aparan "Mercedes Sprinter" markalı mikroavtobus qəzaya uğrayıb.
7News.Az xəbər verir ki, Ələt-Astara avtomoil yolunun Salyan rayonunun Pratmangəncəli kəndindən keçən hissəsində qatı dumanda idarəetməni itirməsi nəticəsində şor su kollektoruna düşüb.
Hadisə nəticəsində 4 nəfər sərnişin yüngül xəsarət alıb.








