RU
Azərbaycandan Rusiyaya aparılan ağac tingləri yandırıldı
11:30
395

Azərbaycandan Rusiyaya aparılan ağac tingləri yandırıldı

Rusiyanın Krasnoyarsk hava limanında Azərbaycandan gətirilən 15 ədəd dəfnə ağacı tingi müsadirə olunub.

7News.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, Xidmət mütəxəssisləri hava limanında əl baqajına baxış zamanı yüksək fitosanitar riskli məhsul aşkar ediblər.

Müəyyən edilib ki, 15 ədəd dəfnə ağacı tingi Azərbaycandan əkilmək üçün gətirilib. Tinglər müsadirə edilərək yandırılıb.

Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ