Xaçmazda koronavirusun yeni dalğası başlayır. Qazet.az-a daxil olan məlumata əsasən, rayonda yoluxmaların sayı hər gün artmaqdadır.
Qazet.az-a açıqlamasında Xaçmaz MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Nazir Adilov Xaçmazda yoluxma hallarının artdığını bildirib.
"Virusa yoluxanları Qubadakı xəstəxanaya göndərirlər. Yoluxma halları Xaçmazda və digər kəndlərdə də var. Bizdə müalicə etmirlər. Virusa yoluxma halı aşkarlansa, xüsusi maşınlarla Qubadakı xəstəxanaya aparırlar. Sağaldıqdan sonra isə evə göndərirlər”, – deyə N. Adilov vurğulayıb.
7News.Az








