RU
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
18:00
464

Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq

Bu ilin 1 iyulu tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.

7News.Az bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır.
 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ