Ümumrusiya Azərbaycan Konqresinin Mordoviya üzrə regional bölməsinin keçmiş rəhbəri həbs olunub.
Keçmiş diaspor rəhbəri Yaşar Fəqan oğlu Abışovu 6 ilə qədər həbs cəzası gözləyir.
Yaşar Abışov 2002-2007-ci illərdə Mordoviya prokurorunun böyük köməkçisi vəzifəsində çalışıb, daha sonra təqaüdə çıxıb.
İstintaqın məlumatına görə, bir qadın Abışovdan 2003-cü ildə barəsində azadlıqdan məhrum etmə cəzası olan şəxsin vaxtından əvvəl azadlığa çıxarılması üçün kömək istəyib. Keçmiş prokurorluq işçisi 300 min rubl müqabilində bunu edə biləciyini söyləyib.
Bu il mayın 28-də Saransk şəhərinin Voroşilov küçəsində "Lada" avtomobilində Yaşar Abışova həmin məbləğ verilərkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində o saxlanılıb.
51 yaşlı azərbaycanlının cinayət işinə Saransk şəhərinin Lenin Rayon Məhkəməsində yaxın vaxtlarda baxılacaq./milli
7news.az








