RU
Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək
13:04
240

Azərbaycanın Müdafiə naziri Brüsselə səfər edəcək

Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ