Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
Bu barədə 7news.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.
7news.Az








