RU
Azərbaycanın OPEC-dən gözləntiləri – Nazir açıqladı
13:52
624

Azərbaycanın OPEC-dən gözləntiləri – Nazir açıqladı

Azərbaycan Energetika Nazirliyi bu gün OPEC üzvləri ilə təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair yekun sazişin imzalanacağını gözləyir.


Bunu "RİA Novosti”-yə açıqlamasında nazir Natiq Əliyev bildirib. 

"Hesab edirəm ki, hə” – deyə Natiq Əliyev bugünkü görüşün yekun görüş olması barədə sualı cavablandırarkən qeyd edib. 

Nazirin sözlərinə görə, onun görüşdən gözləntiləri olduqca yüksəkdir: "Lakin mən düşünürəm ki, bu iclasın nəticələrindən asılı olmayaraq biz öz səylərimizi davam etdirməliyik”. 

Qeyd edək ki, bu gün OPEC-ə üzv və qeyri-üzv ölkələr Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcək.//azvision

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ