İCMAL.az xəbər
verir ki, təqdim olunan elmi monoqrafiyada vətəndaş cəmiyyəti kontekstində birləşmək
hüququ problemi nəzərdən keçirilir. Öncə vətəndaş cəmiyyətinin başlıca təminatçısı
rolunda çıxış edən hüquqi dövlət problemi ətrafında təhlillər aparılır. Nəzərə
çatdırılır ki, ən sadə yanaşmaya əsasən hüquqi dövlət insanın təbii
hüquqlarının tam sərbəst təcəssüm etdiyi bir cəmiyyətin əsasında mövcud olur.
Monoqrafiyada izah olunub ki, Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti
quruculuğu demokratik inkişafın başlıca xətti kimi müəyyənləşdirilmişdir. Vətəndaş
cəmiyyəti hüquqi dövlətin əsas əlaməti kimi qəbul olunur və onun inkişafının
bütün zəruri şərtləri təmin olunmaqdadır. Bu baxımdan, həmçinin, birləşmək
hüququnun normativ-hüquqi əsaslarının genişləndirilməsi və təkmilləşdirilməsi
ciddi diqqət mərkəzindədir. Elmi monoqrafiyada Azərbaycan Respublikasında vətəndaş
cəmiyyəti quruculuğu kontekstində birləşmək hüququnun təmin olunması problemi ətrafında
təhlillər aparılmışdır.
https://www.morebooks.de/store/gb/book/the-right-to-associate-in-civil-society/isbn/978-3-330-09107-8
İCMAL.az









