RU
Azərbaycanlı gənclər erməni səfirliyinin qarşısında aksiya elədilər
15:27
1397

Azərbaycanlı gənclər erməni səfirliyinin qarşısında aksiya elədilər

Ermənistan ordusun Qarabağ və ətraf rayonlardakı provakasinonlarına etiraz olaraq Ukraynada yaşayan azərbaycanlılar, Diaspora və gənclər təşkilatları birlikdə Ermənistanın Kiyev şəhərindəki Səfirliyinin qarşısında miting keçirdiblər. Mitingə onlarla tələbə ,ziyalı ,gənclər və ağsaqqallar qatılıb. Miting iştrakçıları "Ya Qarabağ, ya ölüm", "Qarabağ bizimdir, bizim olacaq" “Xocalıya ədalət” , “erməni işğalına son” “Krım Ukrayna Qarabağ Azərbaycan”,” Donetsk Garabağ” kimi şuarlar seslendiriblər. Mitingdə çıxış edən ukraynalı azərbaycanılar Azərbaycanın ərazi bötövlüyü üçün lazım gəlsə silaha sarılacaqlarını və Qarabağla bərabər bütün əraziləri sülh yoluyla olmasa müharibə yolu ilə geri qaytaracaqlarını deyiblər.

Çıxış edənlər Azərbaycan müharibə istəmir,gənclərin ölməsini istəmir amma öz ana yurdları üçün yeri gəlsə şəhidlər verməyə hazır olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki,hər zaman Ali Baş Komandanın yanındadırlar.

Qeyd edək ki,Mitingdə Ukraynada yaşayan azərbaycanlılarla birgə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqrensi, Umumukrayna Azərbaycanlıları Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi, Azərbaycan – Slavyan Gənclər Assosiasiyası və Ukrayna Türkiyə Genclər Dərnəyi fəalları da iştrak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ