İsayev Elcan Sabir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) builki tədris ilinin ən gənc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda rayonun Dondar Quşçu kəndində yaşayır.
7news.Az Lent.az-a istinadən xəbər verir ki, ADAU-nun meşəçilik ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.
Qeyd edək ki, meşəçilik ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.
Əlavə olaraq onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyenti - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.
7news.Az








