RU
Azərbaycanlı qadın avtobus sürücüsünü BIÇAQLADI - FOTO-VIDEO
18:09
666

Azərbaycanlı qadın avtobus sürücüsünü BIÇAQLADI - FOTO-VIDEO

Türkiyənin Tekirdağ valiliyinin Çorlu mahalında sərnişin avtobusuna minən Mənsurə Əlizadə adlı bir qadın heç bir mübahisə yaşanmadığı halda çantasından çıxardığı bıçaqla sürücü Ferhan Yakinin qarnından qəfil bıçaqlayıb.

Hadisə Tekirdağ Böyükşəhər Bələdiyyəsinə aid 59 ZC 475 nömrəli avtobusda baş verib.

Avtobusdakı sərnişinlər Mənsurə Əlizadəyə müdaxilə edərək əlindəki bıçağı aldıqdan sonra polisə xəbər veriblər. 

Ferhan Yakin təcili yardım maşını ilə Çorlu Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə altına alınıb. Yakinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Polis tərəfindən nəzarətə alınan Mənsurə Əlizadə isə dindirilmək üçün şöbəyə aparılıb.

Qeyd edək ki, anoloji hadisə iki gün öncə Bakıda da təkrarlanmışdı. Qadının hücumuna məruz qalan sürücü bıçaqlanmasa da, əl-qol hərəkətləri, söyüş və təhqirlərə məruz qalmışdı.//milli.az

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ