RU
Azərbaycanlı zəvvarlarda xəstəliklər müşahidə olunur
18:00
323

Azərbaycanlı zəvvarlarda xəstəliklər müşahidə olunur

Məkkədə havanın temperaturunun 40 dərəcədən yuxarı qalxması zəvvarların işini bir az çətinləşdirsə də, səhhətlərində ciddi problem yoxdur.

7news.Az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bu gün zəvvarlar Kəbədə cümə namazı qılıblar: "Sentyabrın 9-dan başlayaraq zəvvarlarımız Mədinəyə yola düşəcək, üç gün həmin şəhərdə qalacaq, peyğəmbərin qəbrini ziyarət edəcək, Məscid ən-Nəbəvidə namaz qılacaqlar. Azərbaycanlı hacılar sentyabrın 12-də günorta saatlarından etibarən Bakıya qayıtmağa başlayacaqlar".

QMİ-dən qeyd olunub ki, azərbaycanlı zəvvarların 20 faizində öskürək, zökəm müşahidə olunur: "Onların səhhətində ciddi narahatlıq yaradan problem yoxdur. Soyuqdəymə halları həkimlərin müdaxiləsi ilə aradan qaldırılır. Ən yaşlı zəvvarın (86 yaşlı xanım) da vəziyyəti yaxşıdır".
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ