RU
16:58
683

"Azəriqaz" Bakını qazsız qoydu: Əhali əlacsız qalıb

Artıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudliyyətlər yaranıb.
 
Azxeber.com-un məlumatına görə, Bakının Binəqədi, Nəsimi və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.
 
Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir. 
 
Sakinlərin daha bir şikayəti isə "Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: "Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik".
 
Məsələylə bağlı "Azəriqaz" İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ