RU
“Azərişığ”ın avtomobilini yandıran şəxs tutuldu
16:50
348

“Azərişığ”ın avtomobilini yandıran şəxs tutuldu

Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.

7news.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-ə məxsus "Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Məmmədov saxlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ