Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bir sıra dövlət qurumlarının özələşdirilməsini təklif edib.
7news.Az-ın məlumatına görə, Q.Həsənquliyev "Azərişıq”, "Azərsu” və "Azəriqaz”ın özəlləşdirilməsinin vacib olduğunu bildirib:
"Mən əvvəllər də demişəm ki, hökumət "Azərişıq”, "Azərsu” və "Azəriqaz”ın özəlləşdirilməsi barədə düşünməlidir. Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq”.
7news.Az








