Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur.
Bunu 7news.Az-a çıqlamasında "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, elektrik enerjisinin verilişinin bərpası ilə hazırlıqlar davam edir:
"Artıq dövlət xəstəxanaları, Bakı Metropoliteni, hərbi hissələr, su-kanalizasiya idarələri və digər dövlət əhəmiyyətli bütün obyektlər elektriklə təmin olunub. Tanrıverdi Mustafayev qeyd edib ki, regionlarda qərb və şimal rayonları 100 faiz, digər ərazilər isə 40-80 faizlə təchiz olunub.
7news.Az







