RU
09:50
750

"Azərpoçt"un rəhbəri işdən çıxdı

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ