AzTV-də yayımlanan "Palitra ART" verilişinin yayımı dayandırılıb.
Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib. İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib.
A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib:
"Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?".
Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan "Anşlaq" proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.
7News.Az








