Bu gün ölkənin tanınmış xəbər saytlarından olan Azxeber.com-un 10 yaşı tamam oldu. Saytın baş redaktoru Hacıbəy Heydərli əlamətdar gün ilə bağlı öz şəxsi səhifəsində rəy paylaşıb: "Bu gün azxeber.com saytının 10 yaşı tamam olur. Kənardan çox kiçik görünsə də, aşağıdakı şəkildəki rəqəmə baxanda minlərlə xatirə, acılı, şirinli günlər gözümün önündə canlanır. 10 il öncəki həvəs, istək, məqsəd bu gün də heç azalmayıb, ancaq bu illər təcrübəmizi, təmkinimizi, cəsarətimizi artırmağa yardımçı oldu. İllər çox tez keçir, geridə qalan isə xatirələrdir. Xatirəyə çevrilməmək üçün bundan sonra da bütün gücümüzlə xidmətinizdə olacağıq. 10 ildə ən böyük qazancımız oxucularımızdır. Yaxşı ki, bizimləsiz."
7NEWS.az kollektivi olaraq baş redaktor Hacıbəy Heydərlini və baş direktor Əfsələddin Ağalarovu başda olmaqla bütün heyəti təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
7NEWS.az








