Birinci partlayış bazarda baş verib.
Bağdadda baş verən üç partlayış nəticəsində 60-dan çox adam ölüb.
7News.Az bu barədə “The Independent”ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, birinci partlayış İraq paytaxtının şimal rayonunda bazarda baş verib: 38 nəfər ölüb, 70 nəfər müxtəlif xəsarətlər alıb.
Kamikadze qadın əvvəlcədən yerləşdirilmiş bombanı işə salıb, daha sonra isə onun bədəninə bağlanmış kamikadze kəməri partlayıb.
İkinci partlayış Bağdadın cənub rayonunda baş verib və 6 nəfərin ölümünə, 21 nəfərin yaralanmasına səbəb olub.
Üçüncü partlayış Mədinət-əs-Sədrdə baş verib. Reuters-in məlumatına görə, bu hücum nəticəsində 19 nəfər dünyasını dəyişib.








