RU
Bağdadda silsilə terror
15:03
1463

Bağdadda silsilə terror

İraqın paytaxtı Bağdadın ayrı-ayrı yerlərində bombalı hücumlar gerçəkləşdirilib.

7News.az Türkiyə mediasına istinadən bildirir ki, Bağdadın şimalında yerləşən Əş-Şəllalə bazarında baş verən partlayış zamanı aralarında “canı bomba”nın da olduğu 12 nəfər dünyasını dəyişib, 33 nəfər isə yaralanıb.

Digər bombalı hücum Bağdadın Tarimiyyə bölgəsindəki polis mərkəzi qarşısında qeydə alınıb. Bomba yüklü avtomobilin partlaması nəticəsində 4 nəfər dünyasını dəyişib, 10 nəfər isə yaralanıb.

Daha bir partlayış Bağdadın şərqindəki Sədr bölgəsindəbaş verib. Bomba yüklü motosikletin partladılması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Paytaxtın cənubundakı Nəhrəvan bölgəsində baş verən bombalı hücum nəticəsində isə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bağdadda baş verən bombalı hücumlar zamanı, ümumilikdə 22 nəfər dünyasını dəyişib, 62 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ