RU
Bakı Ermənistana uçan təyyarəni geri qaytardı - SƏS YAZISI
10:17
616

Bakı Ermənistana uçan təyyarəni geri qaytardı - SƏS YAZISI

Azərbaycan Ermənistana uçan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb.
 
7News.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə pilotun danışıqları internetdə yerləşdirilib.

"İrəvana kimi uça bilmirik, Azərbaycan buraxmır. Uçuş qadağan olunub”, - deyə dispetçer səs yazısında deyib. 

Sonradan ekipaja geriyə - Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.
 
Təyyarənin Suriya istiqamətində uçduğu bildirilir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ