RU
Bakı metropolitenində problem - Qatar xətdən çıxarıldı
11:38
427

Bakı metropolitenində problem - Qatar xətdən çıxarıldı

Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində fasilə yaranıb.

İçərişəhər stansiyası istiqamətinə hərəkət edən qatarlarda gecikmə qeydə alınıb.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təstiqləyib.

"Problem Həzi Aslanov stansiyasında qeydə alınıb. Həzi Aslanov – İçərişəhər marşrutu ilə hərəkət edən 9 saylı qatarda problem yaranıb və o dərhal xətdən çıxarılıb”.

Metropoliten rəsmisi bildirib ki, dərhal problem aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa olunub.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ