Bakı metrosunda ölüm hadisəsi baş verib.
Hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib: “Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib. Hazırda araşdırma aparılır”. /apa
7News.Az








