Maşinist səsgücləndirici ilə sərnişinləri sakitləşdirib, qorxulu heç bir hadisənin olmadığını desə də, qatarın dayanma səbəbini açıqlamayıb.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BiG.AZ –a açıqlamasında 24 saylı qatarda yaranan nasazlıq ucbatından arxadan gələn qatarların hərəkətində ləngimə etmək məcburiyyətində olduqlarını qeyd edib:
"Nasaz qatarı xətdən çıxarmaq məqsədilə digər qatarların intervalını uzatmaq məcburiyyətində qaldıq. Artıq xarab qatar depoya göndərilib. Qatarlar arasındakı interval problemi aradan qaldırılıb”.
7News.az








