RU
Bakı metrosunda sərnişinlə polis arasında mübahisə:
15:00
732

Bakı metrosunda sərnişinlə polis arasında mübahisə: "Paqonlarını çıxardaram" (VİDEO)

Bakı metrosunun "28 May” stansiyasında narkotik vasitə qəbul etdiyi iddia edilən şəxslə polis əməkdaşı arasında mübahisə düşüb.

7news.Az-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda görünür ki, polis əməkdaşı ictimai asayişi pozan şəxsə yaxınlaşaraq qaydalara əməl etməyi tələb edib.

Vəziyyəti "xeyli yaxşı” olan sərnişin isə polis əməkdaşına hədə-qorxu gəlməyə başlayıb.

"Kimin sözü varsa üzümə desin, mən də onun paqonlarını çıxarım atım kənara”, - deyə narkotik vasitə qəbul etdiyi iddia edilən şəxs bildirib.
 
VİDEO: BakuProduction
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ