AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.








