RU
Bakı-Şamaxı yolunda faciə: Təmir edilən yolda iki nəfər öldü
15:25
388

Bakı-Şamaxı yolunda faciə: Təmir edilən yolda iki nəfər öldü

Dünən Bakı-Şamaxı yolunun 19-21 kilometrliyində 2 piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Yolun 19,3-cü kilometrliyində "Opel” markalı minik avtomobili 33 yaşlı kişini vurub. Magistralın 21,5-ci kilometrliyində isə "QAZ 33” markalı avtomobil 30-35 yaşlı kişini öldürüb.

Bildirilir ki, Bakı-Şamaxı yolunun qeyd edilən hissəsində hazırda təmir işləri həyata keçirilir və orada yolu keçmək piyadalar üçün çox təhlükəlidir.

Hər iki faktla bağlı araşdırma aparılır./lent

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ