RU
Bakı-Sumqayıt elektrik qatarında hərəkət bərpa olundu (YENİLƏNDİ)
10:27
349

Bakı-Sumqayıt elektrik qatarında hərəkət bərpa olundu (YENİLƏNDİ)

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb.

Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də, Bakı-Moskva qatarı artıq Bakıya çatıb.

7news.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.

08:48

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

7news.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. QSC sərnişinlərin nəzərinə çatdırır ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün iyulun (3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

 

Yaranmış müvəqqəti narahatçılığa görə qurum sərnişinlərdən üzr istəyir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ