RU
Bakı-Sumqayıt yolunda ağır qəza - Ata və oğul ölüb + Foto
09:48
405

Bakı-Sumqayıt yolunda ağır qəza - Ata və oğul ölüb + Foto

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan Qazel markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə Qazelin sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.

Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların cəsədləri FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.

Artıq qəza zamanı həyatını itirmiş şəxslərin kimliyi məlum olub. 

1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,

1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu

Faktla bağlı araşdırma aparılır. /report

 

7news.Az

 






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ