RU
Bakı və Sumqayıtda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib
23:30
1501

Bakı və Sumqayıtda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

Bu barədə 7NEWS.Az FHN-ə istinadən xəbər verir.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hər iki vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

Digər bir məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ