RU
Bakı və Tehran məhbus mübadiləsi aparacaq
22:02
962

Bakı və Tehran məhbus mübadiləsi aparacaq

İran XİN-i məlumat yaydı.

Azərbaycan və İran arasında Novruz bayramı ərəfəsində məhbusların mübadiləsi baş tutacaq. 

Bunu  İran Xarici İşlər Nazirliyinin sözçüsü  Hüseyn Cabiri Ənsari deyib.

O bildirib ki, bu mübadilə Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub.

H.Cabiri Ənsari bildirib ki, bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb.

Onun sözlərinə görə,  məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ