RU
14:55
434

"Latviya-Azərbaycan arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır" - DEPUTAT

"Latviya Azərbaycan arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Aparılan düzgün xarici siyasət nəticəsində ikitərəfli münasibətlər güclənir, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır”. Bunu 7news-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. "Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həm hüquqi çərçivəni yaradır, həmçinin münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı prioritet istiqamətlərdən biridir. Bu səfər də, Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi-siyasi imkanların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün coğrafı uzaqlıqdan asılı olmayaraq hər iki ölkənin ortaq maraqlarının olması və bu maraqların dostcasına həyata keçirilməsi Bakı və Riqanı sarsılmaz dostluq telləri ilə bir-birinə bağlayır. Ardıcıl Avropa ölkələri ilə olan rəsmi görüşlər Azərbaycanın Avropa ilə inteqrasiya prosesini sürətləndirməklə yanaşı, həm də milli maraqlarımızın beynəlxalq müstəvidə daha güclü şəkildə qorunmasına xidmət edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ