RU
Yerə təhlükə yaradan asteroidlər nüvə silahı ilə məhv edilə bilər
11:10
56

Yerə təhlükə yaradan asteroidlər nüvə silahı ilə məhv edilə bilər

Təhlükəli asteroidlərin zərərsizləşdirilməsi üçün nüvə silahından istifadə effektiv üsullardan biri hesab oluna bilər.

Bu barədə ABŞ alimlərinin araşdırmasına istinadən RMF24 məlumat yayıb.

Qeyd olunur ki, alimlər kosmik cisimlərin hərəkət trayektoriyalarını təhlil edərək kosmosdakı vəziyyəti daim izləyirlər. Yerin asteroidlərdən qorunması üçün iki əsas ssenari nəzərdən keçirilir: asteroidin hərəkət trayektoriyasını cüzi dəyişdirərək onun Yerlə toqquşmasının qarşısını almaq və ya onu daha kiçik parçalara bölmək.

Mənbənin məlumatına görə, ABŞ-də aparılan araşdırma asteroidlərin zərərsizləşdirilməsi üçün nüvə silahından istifadə imkanlarına həsr olunub. Tədqiqatçılar təxminən 160 metr ölçüsündə olan asteroidin yaxınlığında nüvə partlayışının baş verməsi halında onun necə reaksiya verəcəyini müəyyənləşdirmək üçün mürəkkəb üçölçülü simulyasiya aparıblar.

Ən uzunmüddətli simulyasiyanın nəticələrinə əsasən, asteroidin materialının 98%-ə qədəri zədələnib, qəlpələrin isə 97%-i asteroidin parçalanması nəticəsində yaranan ayrılma sürətindən daha sürətlə hərəkət edib. Bu nəticə asteroidin böyük ölçüdə parçalandığını göstərir. Tədqiqat həmçinin partlayışın baş verdiyi nöqtənin həlledici əhəmiyyət daşıdığını ortaya qoyub.

Alimlər bildirirlər ki, yaranan qəlpələrin ölçülərinin nə qədər böyük olacağını və onların başqa formalarda Yer üçün təhlükə yaradıb-yaratmayacağını müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ